SON DƏQİQƏ – BİNƏQƏDİDƏKİ PARTLAYIŞIN SƏBƏBİ…

22 May 2018 14:48
“Binəqədi rayonunda baş verən partlayışın səbəbi qaz balonudur, təbii qazla əlaqəsi yoxdur”.
Bu barədə “Sherg.az”a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev danışıb.
Onun sözlərinə görə, həmin ərazidə “Azəriqaz”ın boru xətləri də olmayıb:
“Bütün hallarda, evlərdə, obyektlərdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Sakinlər qaz cihazlarını açıq vəziyyətdə saxlamamalıdır. Heç bir halda evlərdə və ya ofislərdə qazı nəzarətsiz qoymaq, cihazların üzərində daşan, yanan vasitələr saxlamaq olmaz. Elementar qaydalara riayət etməklə insanlar qaz sızmalarından, partlayışlardan özlərini sığortalaya bilərlər”.
Qurum sözçüsü onu da vurğulayıb ki, “Azəriqaz” İstehsalat Birliyi mənzillərə qaz verilişi zamanı təhlükəsizlik qaydaları barədə maarifləndirmə aparır, əhaliyə bukletlər paylanır:
loading...
“Texniki, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı aktlar da tərtib olunur. Bunların bir nüsxəsi hər zaman istehlakçıya verilir.
Qaz xəttinin çəkilişinə vətəndaşların icazəsi yoxdur. Bunu sakinlər fərdi formada edə bilməzlər. Yalnız xüsusi lisenziyaya malik tikinti şirkətləri quraşdırmanı həyata keçirə bilər. “Azəriqaz” İstehsalat Birliyi çəkilən xətlərə baxış keçirir, texniki-təhlükəsizlik qaydalarına cavab verən xətt istifadəyə verilir”.
Qeyd edək ki, partlayış baş verən çayxananın yerləşdiyi “Azərtransservis” ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir. Həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.

Oxunma sayı: (525)

Loading...
loading...


Oxşar xəbərlər