Devalvasiya həyəcanı – ekspertdən təhlükə barədə XƏBƏRDARLIQ

25 May 2018 18:09

Azərbaycan manatının kursunun uzun müddət stabil qalması iqtisadiyyat üçün xoş olmayan prosesdir.

Bu barədə iqtisadçı ekspert İlham Şaban BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu təcrübə vaxtilə ölkə üçün pis nəticələnib.”Martın 7-dən Azərbaycan manatının kursu dəyişmir. Valyuta bazarında manatın dollara nisbətən kursu 1.70 AZN qalmaqdadır. Əgər biz faktiki olaraq nəzər salsaq, ötən ilin aprel ayının əvvəlindən bu kurs davam edir. Təbii ki, neft gəlirlərinin artması səbəbindən manatın kursu stabil qalıb. Lakin manatın dollara nisbətən kursunun stabil qalması yaxşı əlamət deyil. Biz bu təcrübəni bir dəfə keçdik. Faktiki olaraq Azərbaycan manatının kursu 10 il ərzində stabil olaraq qaldı. Qeyri neft sektorumuz ixracyönümlüdür. Bu zaman ölkə valyutasının stabil qalması yerli istehsalçılar üçün yaxşı heç nə vəd etmir”, – deyə İ.Şaban bildirib.

loading...

Ekspert deyir ki, burada çıxış yolu yumuşaq valyuta siyasətini həyata keçirtməkdir: “Bu zaman yumuşaq inflyasiya lazımdır”.

Oxunma sayı: (663)

Loading...
loading...


Oxşar xəbərlər