İftar üçün Asan hazırlanan şirniyyat reseptləri

29 May 2018 17:01

Uzun müddət ac qaldıqdan sonra ağır yeməklər, şirniyyatlar yemək orqanizmimizə ziyandır. Bu səbəbdən də düzgün qidalanmağımızdan əmin olmalıyıq. Bu haqqda keçən postumuzda daha ətraflı oxuya bilərsiz. Bu dəfə isə sizə fikir olsun deyə, 3 asan şirniyyat resepti ilə qarşınızdayıq. Bundan da əlavə nəzərinizə çatdıraq ki, şirniyyat və qida məhsullarınızı Simpla.az-dan sifariş edə bilərsiz. Ramazan ayı boyunca qida çeşidlərində olan 25%-dək endirim də lap ürəyinizcə olacaq. Heç yerə getmədən, elə olduğunuz yerdən sifariş edin və bazarlıq qapınıza gəlsin!

Şokoladlı, limonlu və sadə şirniyyatlardan hansını bəyənirsiz? Hər gün birini hazırlayın, reseptlərimizi sınaqdan keçirin! Nuş olsun!

1. Şokolad Topları

Sadəcə iftarda deyil, imsakda da yeyə biləcəyiniz bu şirniyyat sizi gün boyu enerji dolu hiss etdirəcək! Özü də hazırlanması da çox asan! Çox edib, soyuducuda daha sonrakı günlər üçün də saxlaya bilərsiz.

Tərkibi:

Peçenye (petibör biskviti) (2 kiçik paket) – 350 qram

Kərə yağı – 125 qram

Südlü şokolad – 90 qram

Qovrulmuş badam -1/2 su fincanı

Toz şəkər – 4 yemək qaşığı

Süd – 1/2 su fincanı

Kakao – 3 şəkər qaşığı

Təqdimati üçün:

Kokos – 1 fincan

Hazırlanışı:

Peçenyeləri əlinizlə qırın. Kərə yağını əridin. Şokoladı və şəkəri əlavə edib, qarışdırın. Şəkərin tam əridiyindən əmin olun. Damaq dadına görə şəkəri az və ya çox da edə bilərsiz. Bu qarışıma peçenyeləri əlavə edərək, qarışdırın. Daha sonra xəmir halında olan bu qarışımdan kiçik toplar düzəldin. Kokosa batırıb, qablara düzün.

2. “5 dəqiqə” Qurabiyəsi

İçindəki inqredientlər az olduğu üçün hazırlanışı sadə və asandır.

loading...

Tərkibi:

Kakaolu krem şanti – 1 paket

Bitgi yağı – 1 su fincanı

Un – 2,5 su fincanı

Üzəri üçün:

Pudra şəkəri

Hazırlanışı:

Dərin qabda krem şanti və duru yağı qarışdırıb, mikserlə çırpın. Daha sonra unu az az əlavə edərək, ələ yapışmayan xəmir halına gətirənə qədər yoğurun. Daha sonra yağlı kağız üzərinə xəmirdən kiçik parçalar alıb, düzün. Bişirilmək üçün hazırdır! 170 dərəcə öncədən isidilmiş sobada 20 dəqiqə bişirin. Soyuyandan sonra üzərinə bol pudra şəkəri tökün. Hazırdır!

Qeyd etmək istərdik ki, bu qurabiyəni öz damaq dadınıza uyğun olaraq, fındıqlı və ya qozlu da edə bilərsiz. Bişmədən öncə üzərinə tökə və ya xəmirə əlavə etməyiniz kifayətdir.

3. Limonlu Dad

Ləzzətli və yüngül şirniyyatdır. Yaz və yay ayları üçün əla seçimdir!

Tərkibi:

Limon – 2 ədəd

Şəkər – 10 şəkər qaşığı

Nişasta – 4 qaşıq

Su – 3 fincan

Peçenye (petibör biskvit) – 2 paket

Hazırlanışı:

Limonun qabıqlarını incə rəndədən keçirin, sonra limonu başqa qaba sıxın. Üzərinə şəkər, nişasta və su əlavə edib, az atəşdə qarışdırın. Bir az ağırlaşan qarışımı alıb, rəndələnmiş limon qabıqlarını da içinə əlavə edib, qarışdırın. Bir qab götürüb, dibini az isladın. Qabla bərabər təqdim edəcəyinizi nəzərə alın. Daha sonra peçenyeləri düzün. Peçenyelər zövqünüzə görə sadə və ya kakaolu ola bilər. Daha sonra üzərinə limonlu qarışımdan bir az tökün, yenə üzərinə peçenya düzüb, qarışımı əlavə edin. 2saat soyuducuda saxlayın. Hazırdır! Sizlərə nuş olsun!

Oxunma sayı: (58)

Loading...
loading...


Oxşar xəbərlər