Ramazan ayında cinsi əlaqə necə tənzimlənir?

29 May 2018 20:09

Ramazanda cinsəllik caizdirmi? Nə zaman olmalıdır? Necə olmalıdır? Sağlamlıq üçün uyğundurmu? Bütün bu suallara Türkiyədə Cinsi Sağlamlıq İnstitutu cavablandırıb.

Ramazan ayının başlamasıyla hər il olduğu kimi “Ramazanda cinsəllik necə yaşanmalı?” mövzulu müzakirələr da gündəmə gəlir.

Cinsəllikdə cəmiyyətə hakim olan şişirdilmiş ayıb, qadağan və günah anlayışları, adamın nikahlı yoldaşıyla yaşadığı normal cinsi əlaqələri belə kölgə altına ala bilir. Bunun ən gözəl nümunələrindən biri Ramazan ayında yaşanan müzakirələrdir.

Ramazan ayında cinsəllik çox səhv bir şəkildə, sanki bir cinayət, bir günah ya da çox pis bir iş kimi qələmə verilir. Hansı ayda olursa olsun, bir insan səhv edib nəticələrinə dözüb, acı çəksə; yoldaşıyla sağlam bir şəkildə cinsi əlaqəyə girdiyində də o qədər rahatlayar və həzz alar.

loading...

İslam inanclarına görə, oruclu halda cinsi münasibətdən qaçılmalı, iftarla imsaq arasında cinsi əlaqəyə girilməməlidir. Ruhi və fiziki saflaşmanın gərəkli olduğu Ramazan ayında cinsi münasibətə qadağa qoymaqdansa, könüllər və beyinlər təmizlənməli və balanslı bir ruh halının yaranmasına çalışılmalıdır. Ramazan ayı boyunca sağlam cinsi münasibətlər yaşamaq olar. Çünki insanın maddi və mənəvi inkişafının, eyni zamanda bədən və ruh sağlamlığının qorunmasında mühüm yer tutan cinsi münasibət İslam dinində də insan təbiətinin ən əsas ehtiyaclarından biri kimi qəbul olunur. Belə ki, insan üçün intim istək yemək, içmək kimi təbii faktordur. Buna görə də, paklanma ayı olan Ramazanda əsəsən insan içindəki pis duyğu və düşüncələrdən təmizlənməli, cinsi istəklərinə heç bir qadağa qoymamalıdır. Bu barədəki qorxu və narahatçılıqdan da xilas olmaq lazımdır.

İnstitutun digər bir mütəxəssisi isə bildirir ki, iftardan sonar həddindən artıq toxluq hissiylə cinsi istəyin də artması tez-tez rastlanan bir vəziyyətdir. Çünki insanın əsas impulsları olan yemək, içmək, sığınmaq, qorunmaq və intim münasibət zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Ancaq çox yedikdən, soyuq içkilər içdikdən və ya dondurma yedikdən sonra cinsi əlaqəyə girmək sağlamlığa ziddir. Həddindən artıq toxluq hərəkətsizlikdən uğursuzluğa kimi bir çox cinsi problemlərə gətirib çıxara bilər.

Oxunma sayı: (1939)

Loading...
loading...


Oxşar xəbərlər