Bu ilin sonunda facebook BAĞLANA BİLƏR

29 May 2018 20:46

Rusiyada bu ilin sonuna qədər facebook bağlana bilər.

Bunu ölkənin “Roskomnadzor” nəzarətedici orqanının rəhbəri Aleksandr Jarkov bildirib. O qeyd edib ki, milyonlarla istifadəçisi olan sosial şəbəkənin Rusiyanın daxili qanunlarını pozması ilə əlaqədar monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı aşkarlanacaq qanunsuzluqlara görə facebook külli miqdarda cərimələnə bilər.

loading...

Onun sözlərinə görə, şəbəkədə qlobal problemlər əsassız şəkildə yayılır. “Bu, ciddi məsələdir. Qaydalara riayət edilmədiyi təqdirdə, müqaviləyə birtərəfli son veriləcək. Əgər facebook rəhbərliyi Rusiya qanunlarına məhəl qoymazsa, o zaman bu ilin sonunda ölkə daxilində şəbəkənin fəaliyyəti dayandırılacaq”, – deyə Aleksandr Jarkov vurğulayıb.

Xatırladaq ki, bu ilin aprelində Rusiyanın Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasının qarşısını almaq məqsədilə ümumilikdə 50 milyon rubl cərimə tətbiq edib. \\Metbuat.az

Oxunma sayı: (36)

Loading...
loading...


Oxşar xəbərlər