Yumruq sıxarkən BAŞ BARMAĞA DİQQƏT – Haqqınızda hər şeyi deyir – FOTOLAR

31 May 2018 19:27

İnsanın xarakter və xasiyyətləri, həmçinin, vərdiş və davranışları onun daxili dünyasını açıq şəkildə ortaya qoymasa da, onun haqqında çox şeylər deyir.

Publika.az xəbər verir ki, insanın ən sadə davranışlarından, fərqində olmadığı halda etdiklərindən onun necə biri olduğunuu təyin etmək mümkündür. Məsələn, yumruq sıxmaq hər insanda fərqlidir. Buna görə insanların xarakteri də bir-birindən fərqlənir.

Yumruğunuzu sıxan zaman:

1.Baş barmaq üstdədirsə

Yəqin ki, dünyada ən enerjili insan sizsiniz. Davamlı olaraq yeni bilgi öyrənməyə çalışır və hər gördüyünüz bilgini qucaqlayırsınız. Televiziya qarşısında vaxt keçirmək isə heç sizlik iş deyil.

Fədakarsınız və qarşınızdakına səbəbsiz yerə yardım edəcək qədər kübar insansınız. Güvəniləcək insanlığınız sayəsində ətrafınızdakı hər kəsdən rəğbət toplayan və hörmət görən insansınız. Bu özəllikləriniz sayəsində ətrafınızdakılara ilham qaynağı ola bilər və dəyər verilən bir liderə çevrilə bilərsiniz.

2. Baş barmaq içəridədirsə

Ağllı və danışmağı sevənsiniz. Yeni dostlar qazanmaqda isə çox da uğurlu deyilsiniz. Ətrafınızdakılarda ilk baxışda sizi susqun və qaraqabaq təəssüratı yarada bilərsiniz. Ancaq onlar sizi tanıdıqca nə qədər yumşaq və həssas biri olduğunuzu anlayacaq.

Qarşınıza çıxan bir problemin təməlini görmək və həll yollarını tapmaq mövzusunda təbii bir istedadınız var. Zəkalı və hiyləgərsiniz. Hisslərinizdə yanılmırsınız və əksər vaxt haqlı çıxırsınız. Verdiyiniz qərarlar hər zaman doğrudur.

loading...

Həssas və düşüncəli tərəflərinizlə yanaşı, bəzən həddən artıq narahatlıq keçirirsiniz və özünəinam yoxsulluğu çəkirsiniz. Bunun öhdəsindən gəlmək üçün sizinlə yalnız sözlərlə deyil, hiss və anlayışla danışa biləcək birinə ehtiyacınız var.

3. Baş barmaq yandadırsa

Şüarınız: “Hər kəs yolunu özü seçir!” və adətən, sizin yolunuz ən çətin olanıdır. Praktik və “ağır otur, batman gəl” bir xasiyyətiniz var. Çətinliklər qarşısında asanlıqla təslim olmursunuz, mətanətlisiniz. Ən önəmlisi, dəyərinizi bilirsiniz.

Bununla bərabər, uğursuzluq qorxusu ən böyük düşməninizdir və sizi cəsarətli qərarlar verməkdən çəkindirir. Özünəinamınızı sarsıdacaq tək şey, bəlkə də, bu uğursuzluq qorxusudur. Buna görə də tez-tez ətrafınızdakı insanlar tərəfindən təriflənmək istəyirsiniz.

Dostlarınız səmimiyyət, güvənmək və kəskinlik kimi özəlliklərinizə dəyər verir və sizin yanınızda özlərini təhlükəsiz hiss edirlər. Sizə yoldaşlıq etməkdən hər zaman xoşbəxt olarlar. Unutmayın, yaxınlarınızın dəstəyi ilə hər zaman hər şeyi edə bilərsiniz.

4. Baş barmaq yuxarı doğru qalxıbsa

Təvazökar, bilgili və bacarıqlı birisiniz. İlk baxışda mümkünsüz görünən, çox sürətli şəkildə fikir istehsal edən bir zehniniz var.

Dünyanı kəşf etmək və onu mənalandırmaqdan müdhiş zövq alırsınız. Yenə də bəzən hər şeyi silmək istədiyiniz üçün spesifik bir şeyə diqqət yönəltmək mövzusunda çətinlik çəkirsiniz.

Hər kəs sizin ayaqlı bir ensiklopediya olduğunuzu düşünür və hər fürsətdə bilginizə baş vurmaq istəyir. Ancaq siz ətrafınızdakı insanları seçmək xüsusunda diqqətli bir tipsiniz. Ən dəyərli tövsiyələrinizi sadəcə ən dəyərli dostlarınıza verirsiniz.

Oxunma sayı: (137)

Loading...
loading...


Oxşar xəbərlər