Ağır qəza keçirən müğənni əməliyyat olunacaq

02 İyun 2018 15:16

Meyxanaçı Pərviz Bülbülə ilə duet ortağı olan müğənni Türkan Vəlizadə əməliyyat olunacaq.

loading...

Metbuat.az qəza keçirən müğənninin köməkçisi Cabir İbrahimlə əlaqə saxlayıb. O bildirdi ki, müğənni bu gün əməliyyat olunacaq.
“Yağışlı hava idi. Yol sürüşkən olduğundan maşın qəza keçirib. Maşında Türkan xanım və digər müğənni Zeynəb Həsəni olub. Qəzada hər ikisinin ayaqları sınıb. Türkan xanımın da ayaqları və çiyni sınıb. Hal-hazırda hər ikisi özəl xəstəxanadadırlar. Hələ bilinmir nə vaxt xəstəxanadan çıxacaq. Bu gün Türkan xanımın ayaqları əməliyyat olunaraq mil qoyulacaq.”

Oxunma sayı: (347)

Loading...
loading...


Oxşar xəbərlər