Zəfəran dəminin hazırlanma qaydası

09 Avqust 2016 15:27

Azərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üşün geniş istifadə olunur. Zəfəran aldığınızda çalışın onu toz halında deyil tellərini alın. Zəfəran telləri uzun müddət saxlandıqdan sonra belə öz təravəti və ətirini itimir. Zəfəran dəmi adətən plovlarda, bəzi ət xörəklərində, şorbalar və şirniyyatlarda istifadə olunur. Zəfəran dəmini aşağıda izah olunduğu kimi hazırlaya bilərsiniz. Nəzərə alın ki, zəfəranın və suyun miqdarı reseptdən reseptə dəyişə bilər, odur ki, reseptinizdə qeyd edilən miqdarı esas tutaraq bu ümumi qaydadan istifadə edin.
1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin.
2. Zəfəran tozunu kiçik kasa və ya stəkana qoyub, üzərinə qaynar su əlavə edin. Kasanı nəlbəki ilə örtün. Qoyun kənarda ən azı 10 dəqiqə ərzində dəmlənsin. Sonra isə hazırladığınız dəmi reseptdə tələb olunduğu kimi istifadə edin.

Oxunma sayı: (0)