Plastik qablarla evimizə girən QORXUNC XƏSTƏLİKLƏR

16 May 2019 16:20

Plastik əşyaların zərəri daim müzakirə edilən mövzulardan biridir. Saglamheyat.com  xəbər verir ki, insan orqanizminə, ümumilikdə təbiətə zərər verən bu məhsulların istehsalına və istifadəsinə artıq bir çox ölkələrdə qadağa qoyulub. Bəs görəsən, sözügedən maddədən hazırlanan sintetik məhsullar insan orqanizminə nə dərəcədə təsir göstərir?

Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün onkoloq Aysel İbrahimovaya müraciət etdik.
A.İbrahimova bildirdi ki, polimer qablardan istifadə etmək olduqca təhlükəlidir:
“Plastik qablar texnoloji olaraq düzgün istehsal olunarsa, heç bir zərər verməz. Ancaq təəssuf ki, əmin olmadığımız üçün tövsiyə etmirik. Xüsusilə, isti yeməklər üçün polimer qablardan istifadə daha təhlukəlidir. Allergik reaksiyalardan tutmuş xərçəng xəstəliyinə qədər gətirib çixara bilər. Bəzən körpə uşaqlara süni qidalar verən zaman da plastik butulka və qablardan istifade edirlər. Bu isə qətiyyən tövsiyə olunmur. İsti qidalar polimer qablarda uzun müddət saxlanıldıqda tərkibində dəyişiklik gedir və orqanizm üçün təhlükəli bir qidaya çevrilir”.
loading...
Həkim onu da qeyd etdi ki, artıq bir çox Avropa ölkələrində bu qabların istifadəsinə qadağa qoyulub.

Lent.az mövzu ilə bağlı internet üzərindən də araşdırma aparıb.

Əldə etdiyimiz məlumatda qeyd edilir ki, son zamanlar mütəxəssislər, plastikin tərkibində olan A bisfenolundan çox danışırlar. Bu, hormonal fona təsir edir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Qıda məhsullarının qablaşdırılması üçün istifadə olunan bütün materiallar, plastik qablar və hətta uşaq butulkaları kimi gündəlik istifadə etdiyimiz əşyaların tərkibində A bisfenolu var.

Bu gün üçün, A bisfenolunun orqanizmdə çox miqdarda olması, xərçəng şişlərinin inkişafı, ürək-damar  və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün, katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.

Bu zərərli maddənin orqanizmə olan təsirinin azaltmaq üçün, plastik qablardan təmamilə imtina etmək lazımdır. Aldığınız hər bir məhsulu, plastik qaba deyil, şüşə və ya farfor qablara yerləşdirin. Xüsusən də, plastik qabda yemək qızdırma, bu qablarda cızıq və ya çat olduqda istifadə etmək orqanizmin sağlamlığı üçün çox təhlükəlidir.

Oxunma sayı: (18)

Loading...
loading...


Oxşar xəbərlər