ŞOK – 2000 il əvvəl zeytun yağı haqda bunlar yazılıb

31 İyul 2020 16:02

Həmişə, bütün dövrlərdə dünyamız sülhə ehtiyac duyub və ümidə sarılıb… Yoxsa, 7000 ildi zeytun ümidin və sülhün rəmzi kimi əksər xalqların mifologiyasında anladılmazdı…
Bəzi yazılı mənbələrdə eramızdan əvvəl 5000-ci illərdə Fələstin, Girit bölgələrində zeytunun əsas qidalardan biri olmasıyla bağlı məlumat var. Antik dövrün ən məhşur müəlliflərindən olan Homer də yazılarında zeytundan bəhs edib. Qəribədir ki, antik mənbələrdə zeytunun özündən çox yağının tibbdə istifadə edildiyi haqda məlumatlara rast gəlinir.
İtaliya Milli Araşdırma Mərkəzi 1997-ci il aprelin 11-də keçirdiyi iclasını zeytun yağına həsr edib. Həmin iclasda dünyanın müxtəlif ölkələrindən gələn qidalanma mütəxəssisləri, kardioloqlar, psixoloqlar zeytun yağının insanın fiziki və psixoloji sağlamlığına göstərdiyi əvəzsiz təsirdən danışıblar. Hesablamalara görə, həmin iclasdan sonrakı 10 il ərzində ABŞ-da zeytun yağı istehlakı 1000 tondan 120000 tona yüksəlib.
Koronavirusun tüğyan etdiyi bir dövrdə immunitetimizi möhkəmləndirmək üçün antioksidantlara böyük ehtiyacımız var. Çünki, antioksidant əskikliyi orqanizmimizin ən kiçik və zəif viruslara qarşı belə mübarizə apara bilməməsinə səbəb olur.
Zeytun yağının faydaları bunlardır:
-Tərkibindəki E vitamini sayəsində hüceyrə yenilənməsinə təsir göstərir, qocalmanı ləngidir;
-Alzeymer xəstəliyinin yaranmasına mane olur;
-İmmuniteti gücləndirir;
-Antioksidantlarla zənginliyi sayəsində orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir;
-Xərçəngli hüceyrələrin inkişafına və yayılmasına mane olur;
-Maddələr mübadiləsini sürətləndirir;
– Qanın laxtalanmasının qarşısını alır və qan təzyiqini stabilləşdirir;
-Piylənməyə səbəb olmur;
-Həzm prosesini asanlaşdırır, bağırsaqlarda qəbizlik və köp yaranmasının qarşısını alır;
Bunlardan əlavə, zeytun yağları beyin üçün də faydalıdır. (Bu hissələrdə kadr arxası Zeytun yağının markalarının bir şəkli gedir)
Bildiyimiz kimi, beyin neyronlarının bir-birilə əlaqəsi yediyimiz yağ və qidalardan asılıdır. Beyinə antioksidantlar, faydalı yağ turşuları, Omeqa 3,6, 9 lazımdır. Zeytun yağının tərkibində Omeqa 9 yağ turşusu var. Bu da o deməkdir ki, zeytun yağından mütəmadi olaraq istifadə edən insan yaddaş pozğunluğu, diqqət dağınıqlığı kimi problemlər yaşamır.
“Maye qızıl” adlanan zeytun yağından süfrədə və tibbdə istifadə ənənəsi bizdə də var. Dünyada ən çox zeytun yağı ixrac edən ölkələr sırasında ilk üçlüyü İspaniya, İtaliya və Yunanıstan təşkil edir. Laboratorayalarda aparılan uzun müddətli araşdırmaların nəticələrinə əsasən, Milli zeytun keyfiyyətinə görə bu ölkələrin yüksək dərəcəli, premium zeytunundan da üstündür.
Yerli bazarda hazırda “Zeytun bağları” markalı zeytun yağları var. Yerli əhalinin Abşerondan yığdığı zeytunları Dübəndidə yerləşən zeytun yağı fabriki alır, meyvəsini sıxır. Əldə olunan yağ “Bakı Qida və Yağ Fabriki”ndə qablaşdırılır.
Və hazırda keyfiyyətinə görə etibar edəcəyimiz məhsullar srasında “Zeytun bağları” markası dayanır.
Bir çox insanlar zeytun yağının kəskin dad və qoxusu olduğu üçün onu yeməklərə istifadə etmir.
Təbii zeytun yağının kəskin qoxusu və dadını xoşlamayanlar yüksək kefiyyətl Riviera markalı zeytun yağından istifadə edə bilərlər. Rafinə zeytun yağı tamamilə qoxusuz olduğu üçün bütün növ yeməklərin hazırlanmasında unikal məhsuldur.
Bəs, “rafinə etmək” nə deməkdir? Hər hansı bir bitki və ya toxum sıxılıb yağı çıxarılan zaman içində onu xarab edən maddələr də olur. Rafinə edilmə prosesi zamanı məhsulu xarab edən və insana zərər verən o birləşmələr yağdan uzaqlaşdırılır. Beləcə, yağın rəf ömrü də artır. Rafinə olunmasa, duru yağlar, ən azı, bir həftəyə xarab olmağa başlayacaq.
Zeytun yağında isə belə bir təhlükə yoxdur. Çünki, təbiətən onun daxilində antioksidant maddələr var. Onlar yağı xarab olmaqdan da, tərkibində zərərli maddələrin yaranmasından da qoruyur.
Bu emal prosesi sadəcə onun kəskin qoxusunu və dadnı yumşaltmaq üçündür.
Riviera markalı zeytun yağı ilə milli mətbəxə aid istənilən yeməyi bişirmək olar.
Zeytunda olan böyük miqdarda antioksidant maddələr insana da faydalıdır və orqanizmi zərərli maddələrdən, mikroblardan, sərbəst radikallardan təmizləyir.
Bu gün marketlərdən “Zeytun bağları” brendinin “Riviera” markasını çətinlik çəkmədən əldə edə bilərsiniz. Hər zaman dediyimiz kimi, məqsədimiz yalnız maarifləndirmək və insalar üçün faydalı ola biləcək məlumatları onlara çatdırmaqdır.

Oxunma sayı: (4)