Öd qastriti ən çox BU insanlarda yaranır!

05 Sentyabr 2020 09:17

Qələvi Reflüks Qastrit – On iki barmaq bağırsaqdakı öd kisəsi, mədəaltı vəzi və nazik bağırsaq möhtəviyyatının mədəyə geri qayıtması (reflüks) nəticəsində mədənin selikli qişasında yaranan zədələnməyə deyilir. Normalda mədənin içərisində bu möhtəviyyatlar olmur. Bu möhtəviyyatın qida borusuna keçməsi nəticəsində Qələvi Reflüks Ezofagit yaranır.On iki barmaq bağırsaq möhtəviyyatının mədəyə geri gəlməsinin ən əsas səbəbi pilor funksiyalarının pozulmasıdır.
Aparılan araşdırmalarda 12 b.b. möhtəviyyatındakı ödün mədədə olması dispepsiya, postxolesistemik sindrom, ezofagit, qastrit, xora, mədədə intestinal metaplaziyaya, qida borusunda isə qida borusu xərçənginə səbəb ola bilər.
Əməliyyat olunmamış şəxslərdə mədənin hərəki pozğunluğu, uzun müddətli ürəkbulanma və qusma, əməliyyat keçirmişlərdə (öd kisəsi,mədə əməliyyatları, cərrahi və endoskopik sfinktrotomiyalar) qələvi reflüksə səbəb ola bilir.
Klinikası-simptomsuz və simptomatik ola bilər. Simptomsuz hallarda öd reflüksü endoskopik və digər müayinə metodları ilə müəyyən edilir.
Klassik rast gəlinən şikayətlər epiqastral ağrılar, yanma, ürəkbulanma, qusma, həzmsizlik, iştahsızlıq kimi şikayətlərlə yanaşı çəki itirilməsinə və qan azlığına səbəb ola bilər. Ağrı və yanma hissi daha çox rast gəlinir. Qida qəbulu ilə əlaqədar arta bilər. Antasid qəbulundan sonra keçməz. Yeməkdən sonra ödlü qusmalar ola bilər. Bu əlamətlər davam etdikcə xəstənin ümumi vəziyyəti pisləşər və zəifləmə ortaya çıxa bilər.

Oxunma sayı: (6)