Qadınlarda sidikqaçırma – Əməliyyatsız necə müalicə olunur?

18 Fevral 2021 13:54

Tel: 055 882 38 34,
050 312 38 34
İnstaqram: https://www.instagram.com/ginekoloq.x…​
Facebook: https://www.facebook.com/Tibb-%C3%9Cz…​

MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO

Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan

Xəstəliyin səbəbləri
Sidik qaçırmaya səbəb olan çoxlu amillər mövcuddur. Onların arasında bir neçə əsas səbəb ayırd edilir:

hamiləlik və doğuşdan sonrakı dövrdə böyümüş uşaqlıq kiçik çanaq üzvlərinə artıq təzyiq etdikdə;
uzun müddətli stres vəziyyətləri;
yuxarı yaşlarda bağların elastikliyinin və əzələlərin tonusunun azalması;
fistula və ya bitişmələrin əmələ gəlməsilə fəsadlaşan kiçik çanaq orqanlarında (uşaqlıq, sidik kisəsi, düz bağırsaq) aparılan cərrahi əməliyyatlar.
Bəzi xəstəliklərdə sidik qaçırmanın əsas əlamətlərdən olmasını qeyd etmək lazımdır. Bu şəkərli diabet, sidik kisəsi daşı, dağınıq skleroz, insultdur. Patoloji prosesin inkişafına bəzi dərman preparatları (məsələn, sidikqovucular), tünd çay, kofe və spirtli içgilərin həddən artıq qəbulu, siqaret çəkmə, artıq çəki səbəb ola bilər. Hətta sağlam qadınlarda belə estrogen və ya antidepressantlarla zəngin preparatlar sidik saxlamaqda problemlər yarada bilər. Preparatların qəbulunu dayandırdıqda bu vəziyyət müalicəsiz keçir.

50 yaşından yuxarı qadınlarda sidik qaçırma irsi xarakter daşıya bilər. Uşaq yaşlarında enurezin olması bir neçə il sonra yaşlı vaxtda sidik qaıçırmaya səbəb ola bilər.

Oxunma sayı: (4)