Qadınlarda kistalar – Əməliyyat mütləqdir?

01 Aprel 2021 15:11

Tel: (050) 389-50-37
İnstaqram: dr_seymur_ibragimov
Facebook: https://www.facebook.com/ginekoloq.seymur.ibrahimov/

Yumurtalıq kistaları girdə formalı, maye tərkibli, xoşxassəli törəmələr olub, yumurtalıq toxumasında və ya onun bilavasitə yaxınlığında yerləşir. Əsl şişlərdən fərqli olaraq onların hüceyrələri bölünüb çoxalmır. Bu törəmələrin ölçüsü onların möhtəviyyatı hesabına artır.

Mənşəyindən asılı olaraq yumurtalıq kistalarının aşağıdakı növləri ayırd edilir:

follikulyar, follikullardan inkişaf edir və 73% halda rast gəlinir;
sarı cisim kistası, 5% halda rast gəlinir;
endometrioid, anomal yerləşmiş uşaqlığın endometrial hüceyrələrindən inkişaf edir və pasientlərin 10%-ində rast gəlinir;
paraovarial, yumurtalıqətrafı toxumalardan inkişaf edir və 10% halda rast gəlinir;
tekalütein – nadir rast gəlinir (2% halda), atrofiya olunmuş follikullardan inkişaf edir;
dermoid – nadir rast gəlinən anadangəlmə kistalardı.

Daha ətraflı videoda…

Oxunma sayı: (3)