Bağlı hamiləlik boruları – Açılması mümkündürmü?

06 Aprel 2021 15:29

Tel: (050) 389-50-37
İnstaqram: dr_seymur_ibragimov
Facebook: https://www.facebook.com/ginekoloq.seymur.ibrahimov/

Uşaqlıq boruların funksiyaları çox mühümdür. Ovulyasiya olduqdan sonra yetişmiş yumurta hüceyrəsi yumurtalığı tərk edir. Bu zaman yumurtalığa yaxın yerləşən uşaqlıq borularının saçaqlı çıxıntıları – fibriyalar – öz hərəkətləri ilə yumurta hüceyrəsini uşaqlıq borusuna qovur. Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusunun daxili divarlarını örtən kiçik kipriciklərin hərəkətləri ilə uşaqlıq borusunun ampulyar hissəsinə çatdırılır. Burada spermatozoidlər olduqda mayalanma baş verir. Spermatozoidin və yumurta hüceyrəsinin birləşməsindən əmələ gələn yeni hüceyrə uşaqlıq borusunun vasitəsilə uşaqlıq boşluğuna çatdırılır. Beləliklə, uşaqlıq borusu çox vacib “nəqliyyat” funksiyasını yerinə yetirir. Əgər bu prosesdə cüzi də olsa pozulmalar baş verərsə, müxtəlif və çox ağır fəsadlar inkişaf edə bilər. Belə ki, uşaqlıq borunun mənfəzi tam və ya qismən bağlı olduqda mayalanmış yumurta hüceyrəsi uşaqlığa çata bilmədiyinə görə borunun divarına implantasiya edir (birləşir) və nəticədə çox təhlükəli bir hal – uşaqlıqdan kənar hamiləlik (boru hamiləliyi) inkişaf edir. Digər tərəfdən uşaqlıq boruları tam bağlı olduqda boru sonsuzluğu inkişaf edir.
Daha ətraflı videoda…

Oxunma sayı: (2)