İlk görüş: necə geyinim, nədən danışım… – TÖVSİYƏ

10 Avqust 2016 17:27

Araşdırmaçılar qadınlar arasında maraqlı bir sorğu keçiriblər.Saglamheyat.com  xəbərinə görə, sorğuya əsasən, qadınların ilk görüşdə kişilərdə nələrə fikir verdikləri aydınlaşıb. Belə ki, söhbət xarici görünüşdən gedirsə, qadınlar ilk görüşdən daha çox  kişilərin əllərinə  diqqət yetirir. Onların 59 faizi kişilərin bədən quruluşlarına fikir verir.

 

 

Qadınların diqqət etdiyi digər şeylər isə kişinin ağzı və dodaqlarıdır. Əlbəttə ki, qadının ikinci görüşə gəlmək istəməsi kişinin xarici görünüşü ilə əlaqəli deyil. Kişilər bilməlidir ki, maraqlı və əyləncəli keçən ilk görüş ikinci görüşün açarıdır. Qadınlar ilk görüşdə qarşı tərəfdən diqqət görmək istəyir və kişidən eşidilən hər bir gözəl söz onlar üçün çox xoşdur.

 

Kişilərin ilk görüşdə içki sifariş etməsi, geyimi ilə qadının xoşuna gəlməyə çalışması, öz işindən danışması isə heç də istənilən nəticəni vermir.

Oxunma sayı: (0)